AZ   |   RU
Polşa ABŞ-nin Ukraynaya hərbi yardımını bərpa etdiyini təsdiqləyib


“ABŞ Ukraynaya hərbi yardımı bərpa edib. Silahlar Yasenkadakı logistika mərkəzi vasitəsilə çatdırılacaq”.


Missiya.Az xəbər verir ki, bu barədə Polşa milli müdafiə nazirinin müavini Pavel Zalevski özünün “X” sosial media hesabında məlumat yayıb.


“Amerika silahlarının Yasenkadakı logistika mərkəzindən Ukraynaya çatdırılması bərpa edilib”, - deyə siyasətçi vurğulayıb.


Xatırladaq ki, martın 11-də Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında saatlarla davam edən danışıqlardan sonra hərbi yardımın çatdırılmasını normallaşdırmaq və mühüm kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etmək mümkün olub.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:28