AZ   |   RU
Azərbaycanda 2 ayda vergi daxilolmaları 3 milyard manatı keçib

 

Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 3 milyard 122,9 milyon manat vergi daxil olub.

Missiya.Az bu barədə quruma istinadən xəbər verir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % azdır.

2 aylıq daxilolmaların 2 milyard 114,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb ki, bu da 1 il əvvələ nisbətən 10,7 % çoxdur.




  • Bu gün, 11:48