AZ   |   RU
Rusiya və ABŞ kəşfiyyat xidmətlərinin rəhbərləri arasında razılıq

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff telefon danışığı aparıblar. 


Missiya.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun məlumatında bildirilib. 


Qeyd edilib ki, Moskva və Vaşinqton arasında münasibətlərdə qarşıdurmanı azaltmaq üçün müntəzəm əlaqələri saxlamağa razılaşıblar. 

Söhbət zamanı Narışkin və Retkliff həmçinin kəşfiyyat xidmətləri arasında "ümumi maraqlar və böhranların idarə edilməsi" sahələrində əməkdaşlığı da müzakirə ediblər. 



Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 11:25