AZ   |   RU
Aİ Ukraynada atəşkəs təklifini alqışlayır

Avropa İttifaqı (Aİ) Ukraynada təklif olunan atəşkəs, ABŞ-nin hərbi təchizatının bərpası və Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı bəyanatın lehinə çıxıb.

Missiya.Az
xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kostanın birgə müraciətində bildirilib.

“Aİ ABŞ-Ukrayna danışıqları ilə bağlı Ciddədən (Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri və maliyyə paytaxtı) gələn xəbəri, o cümlədən atəşkəs təklifi və ABŞ kəşfiyyatı və hərbi yardımının bərpası ilə bağlı xəbəri alqışlayır”, - deyə bəyanatda qeyd olunub.

Brüssel hesab edir ki, bu addımlar “Ukraynada uzunmüddətli sülh üçün müsbət irəliləyişdir”.




Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 10:28