AZ   |   RU
ABŞ və Ukrayna Ciddədə Zelenskinin istefasını müzakirə etməyiblər - “Fox News”


“Martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanının Ciddə şəhərində müharibəyə son qoymaq üçün görüş keçirib. Danışıqlar zamanı tərəflər Ukrayna Prezidenti Volodimir Zelenskinin istefasını müzakirə etməyiblər”.


Missiya.Az xəbər verir ki, bu barədə “Fox News” telekanalının jurnalisti Nana Sadzhai özünün “X” sosial media hesabında məlumat yayıb.


“ABŞ-Ukrayna danışıqlarında birbaşa iştirak edən mənbə mənə dedi ki, Ciddədə seçkilərin keçirilməsi və ya Zelenskinin istefası müzakirə olunmayıb”, - deyə o vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 09:57