AZ   |   RU
Tramp Putinlə danışacağını və Zelenskini yenidən Ağ Evə dəvət edəcəyini deyib


ABŞ Prezidenti Donald Tramp Rusiyanın Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna rəsmiləri tərəfindən hazırlanan atəşkəs planına razılaşacağına ümid etdiyini bildirib.


Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri jurnalistlərə müsahibəsi zamanı məlumat verib.


Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini yenidən Ağ Evə dəvət edəcəyini bildirib.


“Bilirəm ki, bizim sabah Rusiya ilə böyük görüşümüz var və inşallah gözəl söhbət olacaq”, - deyə siyasətçi vurğulayıb.


Tramp həmçinin atəşkəs təklifi ilə bağlı bu həftə Rusiya lideri Vladimir Putinlə danışacağını da qeyd edib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 00:08