“Bu gün bu məsələlər barədə çox ətraflı, mən deyərdim, səmimi söhbət oldu. Biz öz planlarımızı, hər iki tərəfi narahat edən məsələləri açıq müzakirə etdik. Ən başlıcası, mübahisələrin, fikir ayrılıqlarının nizamlanması işində qəbul etdiyimiz qərarlar, zənnimcə, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq”.Missiya.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqların yekunlarına dair mətbuata açıqlamasında bildirib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Ermənistanla normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindədir:
“Biz Ermənistan tərəfindən də regionda vəziyyətin daha artıq dərəcədə proqnozlaşdırıla bilən olması üçün şərait yaradılması niyyətini görürük. Mən dəfələrlə demişəm, biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq”.