AZ   |   RU
"Avropa açıq və mövcud təhlükə ilə üz-üzədir"

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropanın "aydın və mövcud təhlükə" ilə üzləşdiyi barədə xəbərdarlıq edib.


Missiya.Az "STAR"a istinadən xəbər verir ki, o, Xalq Partiyasının iclasının girişində çıxış edib.


"Avropanı özünü müdafiə etmək və qorumaq mövqeyinə gətirməliyik", - Ursula fon der Leyen bildirib.


Avropa Komissiyasının sədri Avropanın müdafiə xərclərini artıraraq bölgəni yenidən silahlandırmaq məqsədi daşıyan “Rearm” adlı yeni planı liderlərə təqdim edəcəyini açıqlayıb. Yeni planın 800 milyard avro dəyərində olduğunu deyib.



Zərintac Mayisqızı
Missiya.Az



  • Dünən, 15:39