AZ   |   RU
Türkiyə Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə etməyə hazırdır - KİV

Türkiyə çox güman ki, Ukraynaya sülhməramlı qüvvələri göndərməyi düşünür.


Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.


Bildirilib ki, Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr türk hərbçilərinin Sülhməramlı Qüvvələrin tərkibində Ukraynaya göndəriləcəyi xəbəri ilə bağlı açıqlama veriblər.


Qeyd olunub ki, müxtəlif kanallarda qeyd olunsa da, hələlik konseptual əsası olmayan missiyanın asanlaşdırılması məsələsi regional sabitliyin və sülhün bərqərar olması üçün zəruri hesab olunarsa, bütün aidiyyəti tərəflərlə qarşılıqlı şəkildə qiymətləndiriləcək.


Xatırladaq ki, “Bloomberg” agentliyi bu yaxınlarda yazıb ki, Türkiyə öz ordusunu Ukraynaya göndərə bilər.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 15:32