AZ   |   RU

Ermənistanda iki hərbçi həbs edilib


Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi, 1992-ci il təvəllüdlü Gevork Avetyanın ölümü ilə bağlı cinayət işi ilə əlaqədər onun iki yoldaşı həbs edilib.

Missiya.Az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abramyan feysbukda məlumat verib.

Bəzi KİV-lər ölən əsgərin valideynlərinə istinadən onun bədənində zorakılıq izlərinin tapıldığını yazıblar.


Baxış sayı: 74
  • 24-11-2021, 16:10