AZ   |   RU
Rusiya Ukraynaya hücum etməyə hazırlaşır? - ABŞ Donbassa əsgər göndərdi - FOTO

Rusiya ilə Ukrayna arasında hərbi gərginlik davam edir. Gərginlik fonunda üçüncü qüvvələrin bölgəyə təsir imkanları artmağa başlayıb. Məsələn, ABŞ Rusiya-Ukrayna gərginliyindən istifadə edərək, Donbassa əsgər göndərib.

Missiya.Az 
xarici mətbuata istinadən xəbər verir ki, Donbassa göndərilən ABŞ əsgərləri Ukrayna ordusuna təlim keçəcək. 

Qeyd edək ki, Rusiya Ukrayna ilə sərhədə qoşun toplayır. Yüksək rütbəli ABŞ hərbçiləri Ukrayna ordusunun nümayəndələri ilə görüşüblər. Ehtimal olunur ki, ABŞ əsgərlərinin Donbass bölgəsinə gəlməsi Rusiya-Ukrayna münasibətlərini daha da gərginləşdirəcək.
 

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya yanavar ayının sonlarında bölgədə hərbi əməliyyatlara başlamaqla bağlı plan qurub. 
 
ABŞ hakimiyyəti də Rusiyanın Ukraynaya hücum etmə ehtimalları barədə Kiyevə xəbərdarlıq edib. Xəbərdarlıqdan bir neçə gün sonra ABŞ Ukraynanın Donbas bölgəsinə əsgər göndərib. 

Kreml isə Rusiyanın Ukraynaya hücum etmək niyyətində olmadığını, Kiyevə qarşı heç bir aqressiv planın qurulmadığını açıqlayıb.
 

Jurnalistlərə Moskva-Kiyev qarşıdurmasından danışan Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dəfələrlə müxtəlif səviyyələrdə bəyan edilib ki, Rusiya heç kimə hücum etmək niyyətində deyil və aqressiv planlar qurmur. 
 
“Bunun əksini demək tamamilə yanlışdır, Rusiya Silahlı Qüvvələrinin ölkəmizin ərazisindən hər hansı bir hərəkətini belə planlarla əlaqələndirmək tamamilə yanlışdır. Bu, doğru deyil”, - deyə Peskov vurğulayıb. 

Elvin
Missiya.Az

  • 23-11-2021, 16:08