Separatçı Arayik Arutyunyanla Rusiya hakim dairələri, Qarabağdakı sülhməramlılar və Ermənistanın baş naziri Nikol Paşinyan arasında gərginlik yaşanıb.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın “Politik.am” saytı məlumat yayıb.
Sayta Qarabağdakı mənbələri məlumat verib ki, separatçı Arayik Arutyunyan Moskva səfəri zamanı soyuq qarşılanıb.
Sitat: “Bir neçə həftə əvvəl Arayik Arutyunyan Moskvaya getmişdi. Nəzarəti altında olan media Arutyunyanın Rusiyada yüksək səviyyədə qarşılandığını, səfərin tam gündəliyə malik olduğunu yazmışdı. Amma biz səfərlə bağlı bəzi təfərrüatlar öyrənmişik. Qarabağdakı mənbəmiz bildirir ki, Rusiya tərəfi Arayik Arutyunyana çox qəzəblidir. Onu Nikol Paşinyanın oyuncağı olduğu üçün danlayıblar. Arutyunyana deyiblər ki, Rusiya tərəfi onu hakimiyyətdə saxlamaq üçün hər şeyi edib, lakin əvəzində heç nə almayıb”, -
sitatın sonu. Ermənistan hakimiyyətindəki mənbələrdən isə bildirilib ki, Arayik Arutyunyan Moskva səfərindən çox narazı qalıb. O, ruslara izah etməyə çalışıb ki, Paşinyanın əlində oyuncaq deyil və gündəmi Rusiyanın maraqları naminə formalaşması üçün səylərini əsirgəmir.
Həmçinin mənbə Arayik Arutyunyanın Moskvaya səfər etməmişdən əvvəl Nikol Paşinyanla görüşdüyünü bildirib.
Bildirilir ki, Arutyunyan Paşinyana müharibəsiz yaşamaq üçün “Zəngəzur dəhlizi”ni təhvil verməyi təklif edib. Paşinyan isə Arutyunyanın bu təklifinə qəzəblənib. O bildirib ki, dəhlizi təhvil versə, hakimiyyətini itirə bilər. Baş nazir Arutunyana bu məsələdən uzaq durmağı tövsiyə edib. Mənbə bildirir ki, Arutyunyan-Paşinyan görüşü gərgin keçib və qışqırıqlar eşidilib. Arutyunyan Paşinyanla görüşdən dərhal sonra tələsik Rusiya sülhməramlılarının yanına gedib.
Sitat: “Qarabağdakı mənbəmiz bildirir ki, görüşdə Rüstəm Muradov da iştirak edib. Arutyunyan ruslara hər şeyi danışıb və əmin edib ki, o, Rusiya gündəminə xidmət etməyə çalışır. Rüstəm Muradov Arayik Arutyunyandan yaddaş kartı alıb. Həmin kartda kiməsə məxsus səs yazısının ola biləcəyi ehtimal edilir”, - sitatın sonu.
Qeyd edək ki, Rusiya sülhməramlılarının Qarabağdakı öhtəliyi üçtərəfli bəyanatın müddialarının icrasına nəzarət etmək və bölgədə iki xalqın birgəyaşayışını təmin etməkdir. Amma sülhməramlıların öhtəliklərinə Arayik Arutyunyanla gizli əməkdaşlıq etmək, diskə səs yazdırmaq daxil deyil. Bu yazıdan belə aydın olur ki, Rusiya sülhməramlıları müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində sülhü təmin etmək əvəzinə gündəmi öz xeyrlərinə dəyişmək, regionda maraqlarını təmin etmək üçün oyunlar qurur.
Elvin
Missiya.Az