AZ   |   RU
Türkiyə ordusu İraqın şimalında 8 terrorçunu məhv edib

Türkiyə ordusu İraqın şimalındakı Assos və “Pəncə-Kilid” antiterror əməliyyatı bölgələrində 8 PKK terrorçusunu zərərsizləşdirib.


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.


“Terrora qarşı mübarizəmiz qətiyyətlə davam edəcək", - deyə vurğulanıb.


Qeyd edək ki, Türkiyə ordusu Suriya və İraqın şimalında terrorçulara qarşı əməiyyatlarını fasiləsiz olaraq davam etdirir.

 


Daşqın Həsənov
Missiya.Az



  • 7-02-2025, 12:27