AZ   |   RU
Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb


Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1140 hərbçisini itirib.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Bildirilib ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 844 min 70 nəfərə çatıb.


Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 9 tank, 52 artilleriya sistemi və 12 zirehli döyüş maşınını məhv edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 09:45