- 3-02-2025, 11:26
SON XƏBƏRLƏR
Bu gün, 16:18 |
Bu gün, 16:15 |
Bu gün, 14:19 |
Bu gün, 14:17 |
Bu gün, 14:04 |
Bu gün, 11:53 |
Bu gün, 11:41 |
Bu gün, 11:26 |
Bu gün, 09:26 |
Bu gün, 09:19 |
Suriyanın yeni hakimiyyəti İsraillə həmsərhəd olan Qolan təpələri bölgəsinin müdafiəsi üçün cənub ərazilərinin təchizatında Türkiyədən kömək istəyib.
Missiya.Az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti yazıb.
Suriya mənbələri bildiriblər ki, keçid hakimiyyətinin rəhbəri Əhməd əş-Şəranın administrasiyası sərhəd təhlükəsizliyi və ordunun yenidən qurulması ilə bağlı Türkiyəyə müraciət edib. Dəməşqin İsraillə həmsərhəd olan dəhlizə, yəni Qolan təpələri bölgəsinə nəzarət üçün əsasən Türkiyənin pilotsuz uçuş aparatları, əlavə radar sistemləri, radioelektron mübarizə və hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.
Mənbə qeyd edir ki, ilk PUA tədarükü yaxın gələcəkdə həyata keçiriləcək. Qeyd olunur ki, Ankara və Dəməşq arasında bu sahədə əməkdaşlıq məsələləri Türkiyə Müdafiə Nazirliyinin nümayəndələrinin Suriyaya bu yaxınlarda baş tutmuş səfərləri zamanı ətraflı müzakirə edilib. Texniki detallar, həmçinin Türkiyə silah və sistemlərinin harada və necə istifadə ediləcəyi müzakirə olunub. “Türkiye” qəzetinin yazdığına görə, Suriyanın yeni hakimiyyəti müdafiə sahəsində əməkdaşlıq məsələlərində Türkiyənin xeyrinə seçim edib.
Zərintac Mayisqızı
Missiya.Az
Bu gün, 16:18 |
Bu gün, 16:15 |
Bu gün, 14:19 |
Bu gün, 14:17 |
Bu gün, 14:04 |
Bu gün, 11:53 |
Bu gün, 11:41 |
Bu gün, 11:26 |
Bu gün, 09:26 |
Bu gün, 09:19 |
![]() |
"Sadovod" və "Food City"nin yoxlanmasını gözləyirəm" - Rusiyalı deputat |
![]() |
“ABŞ İsrailin hücumlarında Pezeşkianın yaralandığını təsdiqləyib” - “CBS News” |
![]() |
Ayaqlardakı qabarlar bu təhlükələrdən xəbər verir |
![]() |
Zelenski Rusiyaya qarşı 18-ci sanksiyalar paketinə görə Aİ-yə təşəkkür edib |
![]() |
Paşinyanın müavini İranın Ermənistandakı səfiri ilə regional hadisələri müzakirə edib |
![]() |
Bakıda “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” keçirilib |
![]() |
Makron Zelenski ilə Ukraynanın müdafiəsinin gücləndirilməsini müzakirə edib |
![]() |
Kreml ABŞ ilə münasibətlərin gələcəyini açıqlayıb |
![]() |
Kreml Rusiyaya qarşı 18-ci sanksiyalar paketinə münasibət bildirib |
![]() |
Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işə başlayır |
![]() |
Rustem Umerov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib |