AZ   |   RU
İngiltərə klubu Ceyden Filocini transfer edib

İngiltərə Premyer Liqasının "İpsviç" klubu “Aston Villa”dan Ceyden Filocinini transfer edib.

Missiya.Az 
xəbər verir ki, bu barədə "İpsviç" klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə 4 il yarımlıq müqavilə imzalanıb. Qeyd edək ki, C.Filocin 2024-cü ilin iyulunda “Aston Villa”ya transfer olunmuşdu. O, İngiltərənin U-21 millisinin heyətində meydana çıxdığı 7 oyunda 3 qol vurub.



Zərintac Mayisqızı
Missiya.Az




  • 16-01-2025, 16:10