- 15-01-2025, 19:09
SON XƏBƏRLƏR
Bu gün, 01:17 |
Bu gün, 00:38 |
Bu gün, 00:32 |
Dünən, 23:43 |
Dünən, 23:25 |
Dünən, 23:23 |
Dünən, 23:02 |
Dünən, 22:45 |
Dünən, 22:24 |
Dünən, 22:08 |
Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi - 2025” birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanlığından bayrağı qəbul edən bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.
"Ümid" körpüsündə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.
Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə keçirilən tədbirdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.
Təlimin planına əsasən yaşayış məntəqələrində, çətin relyefli ərazilərdə, dərin qar və şiddətli soyuqlarda müxtəlif təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi nəzərdə tutulub.
Bu gün, 01:17 |
Bu gün, 00:38 |
Bu gün, 00:32 |
Dünən, 23:43 |
Dünən, 23:25 |
Dünən, 23:23 |
Dünən, 23:02 |
Dünən, 22:45 |
Dünən, 22:24 |
Dünən, 22:08 |
![]() |
"Rusiya kanallarındakı proqramlar Ermənistan vətəndaşlarında mənfi emosiyalar yaradır" - Parlament sədri |
![]() |
"50 illik təcrübəmizə əsaslanaraq gələcək dövrdə də davamlı inkişafla irəliləməyə davam edəcəyik" - AzMİU-nun rektoru |
![]() |
"Bu gün 2400-dən çox məzunumuz universitet həyatına vida edir" |
![]() |
AzMİU məzunlarının yadda qalan məzun günü keçirilib |
![]() |
Rusiya XİN Azərbaycanın Moskvadakı səfirinə şifahi nota verdiyini açıqlayıb |
![]() |
Cinayət işinin açılması gərginliyi qızışdırmaq məqsədi daşıyır - Zatulin |
![]() |
Rusiya mediasından Bakıya ismarış – Kreml “komersant”ın dili ilə danışır? |
![]() |
Müəyyən qüvvələr Mosvka-Bakı münasibətlərinə xələl gətirməyə çalışır - Rusiya XİN |
![]() |
“İsrail Azərbaycan ərazisindən bizə qarşı istifadə etməyib” - İranın Ermənistandakı səfiri |
![]() |
“Kreml rus jurnalistlərin Bakıda saxlanılması ilə bağlı məlumatı diqqətlə izləyir” - Peskov |
![]() |
“Azərbaycanda rus jurnalistlərinin saxlanılması münasibətlərin ruhuna uyğun gəlmir” - Peskov |