AZ   |   RU
Türkiyə XİN: Azərbaycanla qardaşlığımız YUNESKO-nun işinə töhfə üçün fürsət olacaq
Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Azərbaycanı YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilməsi münasibətilə təbrik edib.

Missiya.Az
xəbər verir ki, Türkiyə xarici işlər nazirinin müavini bu barədə tviterdəki səhifəsində yazıb.

“2021-2025-ci illər üçün ölkəmizlə birlikdə YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilən can Azərbaycanı səmimi qəlbdən təbrik edirik.

Türkiyə-Azərbaycan qardaşlığı YUNESKO-nun təhsil, elm və mədəniyyət sahələrində qlobal işinə töhfə vermək üçün əla fürsət olacaq”, - Türkiyə xarici işlər nazirinin müavini qeyd edib.

Qeyd edək ki, YUNESKO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində YUNESKO İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış 3 vakant yerlərdən birinə Azərbaycanın namizədliyi irəli sürülüb.

Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan 143 səs toplayaraq Şuraya üzv seçilib.

  • 17-11-2021, 23:53