AZ   |   RU
Kaliforniyada yanğınlarda dəyən ziyan 135-150 milyard dollara çatıb

Kaliforniyada yanğınlar nəticəsində dəyən ziyan 135-150 milyard dollara çatıb.

Missiya.Az 
xəbər verir ki, bu barədə “AccuWeather” xidməti məlumat yayıb.

Bildirilib ki, Los-Ancelesə dəyən ziyanın və iqtisadi itkilərin 135-150 milyard dollar aralığında olacağını təxmin etdikləri bildirilib. İndiyə olan məlumata görə, yanğınlar nəticəsində ən azı 10 nəfər ölüb. Rəsmilərə görə, yanğın nəticəsində bu həftə 10,000-dən çox ev, bina və digər tikililər yanıb. Saysız-hesabsız evlər külə çevrilməkdə davam edir. Alovlar 150,000-ə yaxın insanın təxliyəsinə səbəb olub. Yanğınsöndürmə rəsmiləri yanğınların səbəblərini hələ bilmədiklərini, lakin fəal şəkildə araşdırma apardıqlarını deyirlər.

Los-Anceles dairəsinin şerifi Robert Luna bildirib ki, yanğınlar onun indiyədək gördüyü ən pis yanğınlardan biridir: “Bu ərazilərə sanki atom bombası atılıb”.



Zərintac Mayisqızı
Missiya.Az




  • 10-01-2025, 14:04