AZ   |   RU
Türkiyədə "Mavi Vətən" adlı böyük dəniz təlimi başlayır

Türkiyədə "Mavi Vətən" adlı böyük dəniz təlimi başlayır.

Missiya.Az
xəbər verir ki, genişmiqyaslı manevrlər Qara və Egey dənizlərində, eləcə də Şərqi Aralıq dənizində baş tutacaq. Onlar 10 gün davam edəcək və 90-a yaxın gəmi və 50 təyyarəni əhatə edəcək.

Təlimin məqsədi Hərbi Dəniz Qüvvələrini təşkil edən komandanlıqların səmərəliliyini və effektivliyini qiymətləndirmək, bölmələrin əməliyyat hazırlığı səviyyəsini artırmaq, qərargahın şəxsi heyəti və bölmələrinin çoxsaylı təhlükə şəraitində təhlil və qərar qəbuletmə qabiliyyətini təkmilləşdirmək, həmçinin digər qüvvə komandanları və təlimdə iştirak edən bölmələr arasında qarşılıqlı əlaqəni yoxlamaqdır.



Zərintac Mayisqızı
Missiya.Az




  • 7-01-2025, 14:13