AZ   |   RU
Cəlilabadda azyaşlı pirotexniki vasitənin partlaması nəticəsində ağır xəsarət alıb


Cəlilabad rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, rayon sakini, 7 yaşlı Ş.A. pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.

Azyaşlı rayon xəstəxanasına yerləşdirilib. Ona üzün və tənəffüs yollarının 2 və 3-cü dərəcəli yanığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.




  • 31-12-2024, 20:55