AZ   |   RU
Matəm günü təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək - RƏSMİ

 

Matəm günü, dekabrın 26-da Azərbaycanda təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək.


Missiya.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.


Xatırladaq ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb. Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.

 




  • 25-12-2024, 16:56