AZ   |   RU
Hərbçilərimizə qarşı terror törədən erməni haradadır? - Erməni tərəfdən həyasız iddia
Daşaltı istiqamətdə Azərbaycan hərbçilərinə qarşı terror aktı həyata keçirən Nrayr Mirzoyan Xankəndidəki separatçılara təhvil verilib.

Məlumata görə, hadisədən sonra Rusiya sülhməramlılarının saxladığı 1975-ci il təvəllüdlü erməni terrorçu hazırda Xankəndidəki “istintaq komitəsi”ndə saxlanılır.

Erməni tərəf həyasızcasına iddia edir ki, bu gün səhər saatlarında, Xankəndi-Laçın “dövlətlərarası yolu”nda (?!) baş verən “insident”də Azərbaycan tərəf günahkardır. Terror aktı ilə bağlı yayılmış videokadrlara kor olan ermənilər terror aktına görə…azərbaycanlı hərbçiləri ittiham ediblər, hətta buna görə cinayət işi qaldırıldığını açıqlayıblar.

Erməni həyasızlığı budur!

Musavat.com

  • 13-11-2021, 20:24