AZ   |   RU
Şanlı tariximizin Zəfər və Qalibiyyət dastanını yazan Qalib Lider!

 Şanlı tariximizin Zəfər və Qalibiyyət dastanını yazan Qalib Lider- Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin dünyada nüfuzu və iqtisadi-siyasi gücü durmadan artır,  müasir və müstəqil Azərbaycan mətin və qətiyyətli addımlarla dünyanın siyasi arenasında yeni zirvələrə doğru irəliləyir. Möhtərəm Prezidentimizin parlaq diplomatik istedadı, siyasi müdrikliyi və çoxşaxəli liderlik keyfiyyətləri sayəsində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi Güclü Dövlət Konsepsiyası gerçəkliyə çevrilmiş, ölkəmiz keyfiyyətcə yeni geosiyasi reallıqların yaradılmasında tarixi rol oynayaraq regionun şəksiz liderinə, taleyüklü beynəlxalq proseslərin müzakirə mərkəzinə, eyni zamanda qlobal tədbirlərin əsas təşkilatçısına və iştirakçısına çevrilmişdir.

Artıq dördüncü ildir ki, xalqımız şanlı Zəfərin təntənəsi ilə yaşayır. 8 Noyabr Zəfər Günü tariximizin şərəf salnaməsinə qızıl hərflərlə əbədi yazılmış bir səhifədir. Cənab Prezidentimiz,  Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti və yenilməz qətiyyəti, müzəffər Ordumuzun şücayəti sayəsində 44 günlük Vətən müharibəsində əzəli Qarabağ torpaqlarımızın 30 illik işğalına son qoyuldu, düşmən qüvvələri üzərində tarixi qələbə qazanıldı. Bu qələbə xalqımızın birliyinin, bütövlüyünün, Prezidentimizə və ordumuza sonsuz inamın, düşmənə qarşı bütün qüvvələrin səfərbər olmasının və böyük Vətən sevgisinin təcəssümü idi.

Böyük Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin, onun ölməz   ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür. Qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri ilə Azərbaycan qalib ölkəyə, xalqımız müzəffər xalqa çevrildi. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Bu gün Xankəndidə, Ağdərədə, Xocavənddə, Əskəranda, Şuşada, işğaldan azad olmuş hər bir yerdə dalğalanan müəqəddəs üçrəngli ay-ulduzlu bayrağımız böyük Qələbə dastanının fəxarət və milli-qurur rəmzidir.

Bakıda COP29 beynəxalq tədbirinin yüksək səviyyədə təşkili və keçirilməsi ilə Azərbaycan yeni bir tarixi uğura imza atdı.  2024-cü il noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi, bir sıra ölkələrin boykot və qarayaxma kompaniyalarına baxmayaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, şəxsi nəzarəti və böyük diplomatk fəaliyyəti sayəsində bu beynəlxalq tədbirin yüksək səviyyədə təşkili və həyata keçirilməsi, Bakıda keçirilən beynəlxalq tədbirdə iqlim dəyişikliklərinə xidmət edən tarixi və taleyüklü qərarların qəbul edilməsi, eyni zamanda tədbirdə iştirak edən çoxsaylı qonaqların və əksər dövlət rəhbərlərinin verdikləri yüksək qiymət ölkəmizin beynəlxalq nüfuzunun və bizə göstərilən böyük dəstək və etimadın bariz təcəssümüdür.

Hər bir Azərbaycanlının Sizə, hər bir səhifəsi qalibiyyətlərlə dolu olan tarixi Zəfər dastanını yazan Ali Rəhbərə, Müzəffər Ali Baş Komandana inamı və etimadı sonsuz, sevgiləri tükənməzdir. Cənab Prezidentimizin Azərbaycanımız naminə titanik fəaliyyəti xalqımız tərəfindən böyük rəğbət və fəxarətlə qarşılanır.

Həmidə Ələfsərova
Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı, Nizami rayon fəalı



  • Bu gün, 11:15