AZ   |   RU
Erməni terrorçu Qarabağda Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb, yaralanan var - FOTO/VİDEO


Erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə yük maşınından qumbara atıb.
Missiya.Az "Caliber.az"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığındakı blokpostda qeydə alınıb.
Məlumata görə, erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.
Terror aktı nəticəsində bir azərbaycanlı hərbçinin yaralandığı, ancaq həyatı üçün təhlükə olmadığı bildirilib.


 


  • 13-11-2021, 09:51