AZ   |   RU
Azərbaycanda daha 1 774 nəfər koronavirusa yoluxub, 30 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 774 yeni yoluxma faktı qeydə alınıb, 2 365 nəfər müalicə olunaraq sağalıb.

Missiya.Az
xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 554 096 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 516 013 nəfər müalicə olunaraq sağalıb, 7 372 nəfər vəfat edib, aktiv xəstə sayı 30711 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 350, ötən müddət ərzində isə ümumilikdə 5 321 217 test aparılıb.

  • 11-11-2021, 16:39