AZ   |   RU
Suriyanın böyük şəhərləri ərzaq çatışmazlığı ilə üz-üzədir


Suriyanın bir neçə böyük şəhəri ərzaq çatışmazlığı ilə üzləşib.

Missiya.Az 
xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin bəyanatında bildirilib.

“Ərzaq çatışmazlığı Deyr əz-Zor, Dəməşq və Həma da daxil olmaqla böyük şəhərlərdə qeydə alınıb. Təkcə İdlib və Hələbdə çörəyin qiyməti noyabrın 27-dən dekabrın 9-dək bir neçə dəfə artıb. Suriyadakı xəstəxanalar həddindən artıq doludur" - məlumatda vurğulanıb.  



Zərintac Mayisqızı
Missiya.Az



  • 11-12-2024, 10:11