AZ   |   RU
Türkiyədə "Zəfər günü" ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR
 
Türkiyənin Bartın şəhərində "Zəfər gününün" 1-ci il dönümünə həsr olunmuş anım mərasimi keçirilib. Bartında fəaliyyət göstərən Azeərbaycan Gənclik Təşkilatı və Bartın Ülkü Ocaqlarının birgə gerçekləştirdikləri tədbirdə Zəfər Günü barədə ətraflı məlumat verilib.

Azərbaycan Gənclər Təşkilatının rəhbəri, Bartın Üniversitetinin tələbəsi Fərid Allahverdiyev və Bartın Ülkü Ocaqlarının rəhbəri Duran Iğıl 2020-ci il sentyabrın 27-sində ermənistanın Azərbaycan mövqelərini və yaşayış məntəqələrini atəşə tutmasını cinayət adlandırıb. Azərbaycanın hakk müharibəsində haklı zəfər qazandığını bildirib və 1 dəqiqəlik sükut ilə Şəhidlərimiz yad edilib.

Dünya miqyasında Azərbaycan və Türkiyyə qədər bir-birinə yaxın olan dövlətlərin olmadığını vurğulayan natiqlər iki ölkənin gənclərinin 2-ci Qarabağ müharibəsi və Zəfər Günü ilə bağlı beynelxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində birgə hərəkət edəcəklərini və müxtəlif silsilə tədbirlər həyata keçirəcəklərini söyləyiblər. Tədbir çərçivəsində Bartının mərkəzi prospektlərindən biri sayılan Hükümet Caddesində "Zəfər Günü" adlı rəsm sərgisi təşkil  olunub.

Zəfər Gününün tarixini əks etdirən foto-sərgi ilə tanış olanlar Azərbaycan və Türkiyənin qardaş ölkələr olduğunu, "Tək millət, iki dövlət" olduğunu və hakk savaşında haklı zəfər qazandığını bildiriblər.
 

  • 11-11-2021, 12:15