AZ   |   RU
Moldovadakı Səfirliyimizdə Bayraq Günü ilə bağlı tədbir keçirilib - "Missiya"nın baş redaktoru məruzə ilə çıxış edib - FOTO

Azərbaycanın Moldovadakı Səfirliyinin təşkilatçılığı ilə 9 noyabr - Bayraq Gününə həsr olunmuş dəyirmi masa keçirilib. 

Missiya.Az xəbər verir ki, "Azərbaycan bayrağı" mözsusunda keçirilən dəyirmi masa səfirliyin konfrans zalında təşkil olunub. 

Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları,  Moldovada təhsil olan əcnəbi tələbələr iştirak edib. 

Dəyirmi masada, səfirliyin əməkdaşları Azərbaycan bayrağının rənglərinin mənaları və mahiyyəti barədə məlumat veriblər.

Tədbirdə Moldovada səfərdə olan Missiya.Az və Missiya.TV-nin baş redaktoru Nicat Dağlar tədbirdə bayraq mövzusunda geniş məruzə ilə çıxış edib. 

Nicat Dağlar Azərbaycan bayrağının tarixi barədə danışıb.

"Moldovada təhsil alan xarici tələbələrə bayrağımızın Xalq Cümhuriyyəti dövründən başlayan tarixi, həmçinin Ulu Öndər Heydər Əliyevin Naxçıvan Ali Sovetinin sədri olduğu dövrdə ilk dəfə Muxtar Respublikanın rəsmi bayrağı elan etməsi barədə məlumat verdim. Bildirdim ki, Heydər Əliyev bu tarixi qərarı verəndə Sovet İmperiyası dağılmamışdı. Bundan başqa, 1918-ci il, 9 noyabr tarixində Azərbaycan dövlət bayrağının qəbul edildiyi günün Prezidetn İlham Əliyevin sərəncamı ilə ölkəmizdə Bayraq Günü kimi qeyd olunması barədə məlumat verdim. Xarici tələbələrə Azərbaycanın həm Cümhuriyyət, həm də Sovet İttifaqının mövcud olduğu dövrdə keçdiyi tarixi mərhələ və bu gün ölkəmizin hansı inkişaf səviyyəsinə çatması, eləcə də Vətən Müharibəsi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri barədə də ətraflı məkumat verdim" - deyə, N.Dağlar bildirib.

Nicat Dağlar çıxışı zamanı, Azərbaycan gəncliyinin bayrağı ilə qürur duyduğunu diqqətə çatdırıb.

Baş redaktorun məruzəsi tələbələr tərəfindən böyük maraqla qarşılanıb. 

Xarici tələbələ də öz növbələrində təbbir iştirakçəlarına  ölkələrinin bayrağı, bayraq rəngləri və mənsı barədə məlumat veriblər. 

Xarici tələbələr ölkəmizdə gedən müsbət prosesləri, inkişafı yaxından izlədiklərini, Azərbaycanın uğurlarına sevindiklərini qeyd ediblər.

Onlar ötən gün səfirlikdə Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdən məlumatlı olduqlarını və belə tədbirləri yüksək qiymətləndirdiklərini bildiriblər.


Dəyirmi masa davam edən zaman Azərbaycanın Molovadakı səfirliyində qonaq olan İsveçrənin Moldovadakı səfiri Kateroəina Martholm Fred keçirilən tədbiri böyük məmmuniyyətlə qarşılayıb.  

Azərbaycanın diplomatik nümayəndəliyində qonaq olan İsveçrə səfiri Azərbaycan səfiri ilə birlikdə dəyirmi masada iştirak edən gənclərlə xatirə şəkili çəkdirib. 

Səfir gənclərlə söhbətində İsveçrə bayrağı barədə danışıb və ölkəsində bayraq gününün milli bayram kimi qeyd edildiyini deyib.






  • 9-11-2021, 21:36