AZ   |   RU
Milli Məclisin dekabrın 3-4-dəki plenar iclasında büdcə müzakirələri davam edəcək - YENİLƏNİB

 

Milli Məclisin dekabrın 3-4-də keçirilməsi nəzərdə tutulan plenar iclasda büdcə müzakirələri davam edəcək

Missiya.Az xəbər verir ki, iki günlük iclasın gündəliyində 10 məsələnin müzakirəsi yer alıb.

Həmin məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş)

2. “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş)

3. “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş)

4. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (ikinci oxunuş)

5. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (ikinci oxunuş)

6. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

7. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

8. “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

9. “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

10. “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).



  • 29-11-2024, 17:51