AZ   |   RU
General Həzi Aslanov Masallıda şəhid ailələrini ziyarət etdi - FOTO

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis General-mayoru Həzi Aslanov Masallı rayonundan olan Vətən Müharibəsi şəhidlərinin ailəsini ziyarət edib.

General-mayor Həzi Aslanov və onu müşayət edən Masallı Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenatı Azay Ağayev əvvəlcə Daxili Qoşunların çavuşu olmuş şəhid Ramazan Vəliyevin evində olub, ailə üzvləri ilə görüşərək onları Zəfər Günü münasibəti ilə təbrik edib.

Generala şəhidin keçdiyi döyüş yolundan məlumat verilib.

Şəhid Çavuş Vəliyev Ramazan Hilal oğlu Vətən uğrunda göstərdiyi şücayətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Baş idarə rəisi həmin medalı şəhidin atasına təqdim edib.

Sonra General-mayor Həzi Aslanov Daxili Qoşunların çavuşu olmuş şəhid Cavad İbadovun evində olub, onun ailə üzvləri ilə görüşüb. Daxili İşlər Naziri Vilayət Eyvazovun salamını şəhid ailəsinə çatdıran Baş İdarə rəisi onların Zəfər Bayramını təbrik edib.

General-mayora şəhidin keçdiyi döyüş və həyat yolundan məlumat verilib.
Şəhid Çavuş İbadov Cavad Cabir oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə - 
“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilb. 

Həmin medalları General-mayor Həzi Aslanov şəhidin ailə üzvlərinə təqdim edilib.

Sonda xatirə şəkili çəkilib.


  • 7-11-2021, 11:06