Gündəlik həyatımızda tez-tez süfrələrimizdə istehlak etdiyimiz və kosmetik məhsullar arasında da yer alan limon sitrus meyvələri ailəsindəndir. Mütəmadi istehlak edilir, yeməklərə də xüsusi ləzzət verir. Həmçinin əksər insanlar limonlu çayı xoşlayırlar.
Saç sağlamlığından dəri baxımına qədər müxtəlif sahələrdə istifadə edilən sözügedən meyvə soyuqdəymə, yüksək təzyiq və artrit (oynaqlarda yaranan xəstəliklərin kollektiv adı) kimi bir çox xəstəliyin müalicəsində də yardımçı olur.
Eyni zamanda limonun tərkibində çox az miqdarda yağ və protein var. Orta ölçülü limonda təxminən 20 kalori mövcuddur. 100 qram limonun tərkibində aşağıdakı qida dəyərləri varr: Kalori: 29; Su: 89%; Zülal: 1,1 qram; Karbohidrat: 9,3 qram; Şəkər: 2,5 qram; Lif: 2,8 qram; Yağ: 0,3 qram. Həmin meyvənin ən önəmli faydaları bunlardır: həzmi asanlaşdırır, eyni zamanda həzm sistemi xəstəliklərində istifadə edilir. Onun qabığı dəri xərçənginin qarşısını alır.
Çünki limon qabığı xərçəng xəstəliyinin müalicəsində istifadə edilən dərmanlardan daha xeyirlidir. Limon böyrəyin fəaliyyətini gücləndirir, qaraciyəri xəstəliklərdən qoruyur.
Zərintac Mayisqızı
Missiya.Az