Günümüzdə əksər insanlar yaddaş problemindən şikayətlənirlər. Buna bir çox amillər təsir edir: həm psixoloji məqamlar, həm də yanlış qidalanma..
Bəs yaddaş zəifləməsinin qarşısını necə ala bilərik?
Araşdırmamızı təqdim edirik:
Su - insan orqanizmində əhəmiyyətli rola malikdir. Belə ki, metabolizm prosesində, bədən istiliyinin tənzimlənməsində, normal osmotik təzyiqin və elektrolit balansın qorunmasında iştirak etməklə yanaşı, su qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamağa yardımçı olur. Su beynin normal funksiyasının bərpa edilməsində mühüm rol oynayır. Alimlərin qənaətinə görə, beyin toxuması 85 faizi sudan təşkil olunub. Uzun müddət susuz qaldıqda beyinin məlumat saxlamaq qabiliyyətinə mənfi təsir göstərən kortizol hormonunun ifrazı artır və unutqanlıq, diqqət əskikliyi kimi hallar özünü göstərməyə başlayır.
Meyvə-tərəvəz - orqanizmin mineral maddələr və vitaminlərlə təmin edilməsində əvəzsiz qida məhsuludur. Təzə meyvə-tərəvəz ilboyu gündəlik qidanın tərkibinə mütləq daxil olmalıdır. Mövsümi meyvə və tərəvəzlərin mütəmadi istehlakı zehni qabiliyyətin inkişafına, yaddaşın güclənməsinə müsbət təsir göstərir. Xüsusilə də bəzi rəngdə olan meyvə-tərəvəzin istehlakı daha faydalı sayılır. Məsələn, qırmızı çuğundurda olan antosian, badımcana bənövşəyi rəng verən nasunin beyin toxumasının lipidlərini qoruyur. Tünd yaşıl rəngli tərəvəzlərdə olan fol turşusu, eləcə də almanın qabığındakı antioksidantlardan kversetin yaddaş zəifliyinin qarşısını alır.
Qoz və badam – Omeqa-3 və E vitamini ilə zəngin olan qoz və badam yaddaş və beyin sağlamlığı üçün çox faydalıdır. Qoz, xüsusən də zehni fəaliyyəti dəstəkləməyə kömək edən antioksidantlarla doludur.
Somon və digər yağlı balıqlar – Somon, sardina kimi balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir ki, bu da beyinə faydalıdır və yaddaşı inkişaf etdirir
Avokado – Avokado tərkibindəki sağlam yağlar sayəsində qan dövranını yaxşılaşdırır, beyinə qan axınını təmin edir və diqqəti artırmağa yardımçı olur.
Müntəzəm həmin məhsulları istehlak etmək mütəxəssislər tərəfindən tövsiyə edilir, əlbəttə ki, qədərində..
Zərintac Mayisqızı
Missiya.Az