“Ermənistanın Azərbaycanla sərhəd kəndlərində ciddi sosial problemlər var. Məsələn, Geqarkunik vilayətinin Şorca kəndinin sakinləri gündəlik həyatlarına davam edirlər, heyvanlarını otarırlar, ailələri ilə yaşayırlar amma sosial vəziyyətləri yaxşı deyil. İçməli və suvarma sularının olduğu hovuzlar, mənbələr Azərbaycan qoşunlarının nəzarətindədir. Geqarkunik bölgəsində azərbaycanlıların mövqeləri kəndlərə çox yaxındır. Həmin kəndlərdə isə su ümumiyyətlə yoxdur. Digər tərəfdən, kənd sakinləri tez-tez Azərbaycan hərbçiləri ilə qarşılaşırlar. Hələ danışa bilmədiyim faktlar var. Bu məsələlər necə həll olunacaq?”. Missiya.Az xəbər verir ki, bu sözləri erməni hüquq müdafiəçisi Arman Tatoyan keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Zəngəzur vilayətinin Gorus şəhərinin Nerkin Hndzoresk kəndinin bütün otlaq sahələri Azərbaycanın nəzarətindədir.
Sitat:
"Kənd sakinləri azərbaycanlılardan aslı vəziyyətə düşüb. Onlar belə bir şəraitdə əkinçiliklə məşğul ola bilmirlər. Digər problem Devid-Bek kəndi ilə bağlıdır. Həmin kəndin məzarlığı Azərbaycan ordusunun mövqelərinə çox yaxındır. Onların mövqeləri hüdürlükdə yerləşir”, - sitatın sonu.
Arman Tatoyan demilitarizasiya zonasının yaradılması üçün danışıqlara başlamağın vacibliyini vurğulayıb. Sitat: “Biz düşünürük ki, sərhəd bölgəsində təhlükəsizlik zonası yaradılmalıdır. Həmçinin kəndlərimizin qonşuluğundan, icmalarımızı birləşdirən yollardan Azərbaycan bayraqları, hərbçilər, müxtəlif texnikalar, kameralar yığışdırılmalıdır. Bu addımları atmadan hüquqlarımızın bərpası mümkün deyil”, - sitatın sonu.
Hüquq müdafiəçisi sərhəd bölgəsindəki kritik vəziyyəti xəritələr vasitəsi ilə izah edib. ElvinMissiya.Az