Çərşənbə 7 May 2025 / 23:59:38
                    AZ   |   RU
Şuşada Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib

 

Şuşa şəhərində 8 Noyabr - Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü keçirilib.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib.

Şəhərin mərkəzindən başlayan bayram yürüşünə yerli ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak ediblər.

Zəfər yürüşü qala divarlarının yanında başa çatıb.




  • 8-11-2024, 11:17