AZ   |   RU
“Real Madrid”in oyunu qasırğaya görə təxirə salınıb

 İspaniya La Liqasının XII turunda keçirilməli olan “Valensiya” – “Real Madrid” oyunu təxirə salınıb.


Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, buna ölkə ərazisində baş verən güclü qasırğa səbəb olub.


Daha əvvəl qarşılaşmanın noyabrın 2-də oynanılması nəzərdə tutulmuşdu.


Əlverişsiz hava şəraitinə görə İspaniya Kral Kubokunu ilkin mərhələsində keçirilməli olan “Parla” - "Valensiya" və "Pontevedra"- "Levante" matçları da təxirə salınıb.




  • 31-10-2024, 18:01