Azərbaycan, Rusiya və Ermənistan liderləri noyabr ayının əvvəlində görüşə bilər.Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, dəqiq məlumat olmasa da, noyabrın əvvəlində mümkün İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan görüşünün keçirilməsi Ermənistan mediasının və cəmiyyətinin ən çox müzakirə olunan mövzularından biridir.
Qəzet, görüşlə bağlı Ermənistan rəsmilərinin susduğunu və yalnız xarici işlər naziri Ararat Mirzoyanın qısa açıqlama verdiyini yazır. O bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ilə bağlı razılığa gəlinərsə, Kreml bu barədə məlumat verəcək.Məsələ ilə bağlı rusiyalı analitik Stanislav Tarasov “Joqovurd” qəzetinə müsahibəsində deyib ki, üçtərəfli görüşün keçirilməsinə ehtiyac var.
Sitat:
“Belə bir görüşün keçirilməsinə ehtiyac var. Ehtimal edirəm ki, üçtərəfli görüş baş tutacaq. Amma görüşün gündəmi o qədər də aydın deyil. Ehtimallara görə, görüşdə bəzi təkliflər və ideyalar səsləndiriləcək”, - sitatın sonu.
Qəzet yazır ki, Tarasov həm regionda, həm də tərəflər arasında vəziyyət kifayət qədər mürəkkəbdir. Çünki proses üçün heç bir ilkin müsbət şərt yoxdur.
Xatırladaq ki, üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı Rusiyanın “Oktaqon” nəşri də məlumat yayıb. Nəşrin iddiasına görə, görüş noyabrın 9-da Soçi şəhərində keçirilcək.
Qeyd edək ki, Ermənistan mediası baş nazir Nikol Paşinyanın üçtərəfli görüşün keçiriləcəyini cəmiyyətdən böyük cəhdlə gizlədir. İddia olunur ki, görüşdə 2 sənəd imzalanacaq və bu sənədlərin heç biri Ermənistanın maraqlarına uyğun olmayacaq. İmzalanacağı ehtimal olunan sənədlərdən birinin sərhədlərin delimitasiyası, digərinin isə kommunikasiyaların açılması ilə bağlı olduğu bildirilir.
Elvin
Missiya.Az