AZ   |   RU
Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başladı


Azərbaycan media məkanında yeni xəbər portalı fəaliyyətə başlayıb. 


Missiya.Az xəbər verir ki, yeni fəaliyyətə başlayan www.1xeber.media saytı ölkə və dünya gündəmində baş verən hadisələri işıqlandırır. 


Daha əvvəl sosial şəbəkələrdə fəaliyyət göstərərək geniş auditoriya toplayan 1xeber.media "Instagram", "TikTok", "Facebook" və digər şəbəkələri əhatə edir. 


1xeber.media-nın əsas prioritet istiqamətlərindən biri sosial məsələlərdir. Bir sözlə desək "1XƏBƏR" sosial problemləri əhatə edən xəbər kanalıdır. Hər gün sosial-iqtisadi, vətəndaş mövqeyini müdafiə edən video-çarxlar hazırlayaraq izləyicilərinə təqdim edir. 


1xeber.media-nın qaynar xəttinə - 0518027273 nömrəsinə hər gün çox sayda vətəndaş müraciətləri daxil olur. Və həmin məsələlər operativ, obyektiv şəkildə araşdırılaraq işıqlandırılır.




  • Dünən, 18:23