AZ   |   RU
İran prezidenti: ABŞ-nin birtərəfli siyasəti bir çox ölkələr üçün qəbuledilməzdir

 

"ABŞ-nin birtərəfli siyasəti bir çox ölkələr üçün arzuolunmazdır". 


Missiya.Az "İSNA”ya istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkian Rusiyadan qayıtdıqdan sonra deyib. 


Onun sözlərinə görə, BRİCS sammitinin nailiyyətlərinin gerçəkləşməsi ilə ABŞ-nin və bu təxribatda əlbir olan ölkələrin planları boşa çıxacaq. 


Məsud Pezeşkian bildirib ki, BRİKS-ə üzv ölkələrin güclənməsi üçün Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun dominantlığını neytrallaşdırmaqla bağlı danışıqlar aparılıb. 



Leyla SƏMƏNDƏR
Missiya.Az





  • 25-10-2024, 14:20