AZ   |   RU
“İrəvan höküməti sülh müqaviləsi imzalamaqda tələskənlik edir” - Erməni deputat

“Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi imzalamaqda tələskənlik edir”.


Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bunu müxalifətdən olan erməni deputat Armen Rüstəmyan deyib.


Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bu məsələdə Ermənistandan fərqli olaraq tələsmir.


Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Kazanda keçirilən BRİCS sammitində çıxışı zamanı bəyan etmişdi ki, Azərbaycanla sülh müqaviləsi layihəsi 80-90% razılaşdırılıb.


Daşqın Həsənov
Missiya.Az



  • 25-10-2024, 14:27