AZ   |   RU
Azərbaycan Basketbol Liqasında II turun növbəti oyunu reallaşıb


Azərbaycan Basketbol Liqasında II turun növbəti oyunu reallaşıb.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, B qrupunda yer alan komandaların duelində "Ordu" "Şəki" kollektivinə qalib gəlib.

Bakı İdman Sarayında baş tutan matç birincilərin 104:84 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, günün ikinci qarşılaşmasında "Sərhədçi" "Abşeron"la münasibətlərinə aydınlıq gətirəcək.

II tura sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.




  • Dünən, 14:30