AZ   |   RU
Ermənistan prezidenti sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının fəaliyyəti haqqında əsasnamə imzalayıb

Ermənistan prezidenti Vaaqn Xaçaturyan sərhədlərin delimitasiyası üzrə Ermənistan və Azərbaycan dövlət komissiyalarının fəaliyyəti haqqında Əsasnamə imzalayıb. 


Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin saytında məlumat verilib.


Bildirilir ki, əsasnamədə delimitasiya işlərinin təşkili və müvafiq sənədlərin qəbulu, dövlət sərhədinin keçməsini təsvir edən protokolun tərtib edilməsi, müvafiq miqyasda delimitasiya xəritəsinin tərtibi, ekspert qruplarının işi nəzərdə tutulub. 


Qeyd edək ki, reqlament Ermənistan parlamenti tərəfindən oktyabrın 23-də qəbul edilib.  Parlamentdə reqlamenti baş nazirin müavini Mher Qriqoryan təqdim edib. 


Xatırladaq ki, İrəvan və Bakı avqustun 30-da sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıblar. Sentyabrın 26-da Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsini ölkənin əsas qanununa uyğun olaraq tanıyıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 25-10-2024, 14:18