AZ   |   RU
Azərbaycan Ordusunda payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir - VİDEO

 

Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər davam etdirilir.

Missiya.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Kompleks tədbirlər zamanı döyüş və xüsusi texnikanın yanacaq-sürtgü materialları payız-qış mövsümünə uyğun dəyişdirilir, elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır, eləcə də texnikaların üzərində və bölmələrdə olan silahlara və döyüş sursatlarına mövsümi xidmət göstərilir.




  • 25-10-2024, 13:06