AZ   |   RU
"Qızıl top" mükafatlandırma mərasiminin tarixi açıqlandı

“Qızıl top” mükafatlandırma mərasimi oktyabrın 28-də Parisdə keçiriləcək. 


Missiya.Az xəbər verir ki, bu barədə “France Football” jurnalı məlumat yayıb.


Bildirilir ki, tədbir Fransa paytaxtındakı Katelet Teatrında keçiriləcək.


Qeyd edək ki, mükafata namizədlər, “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior və ingilis yarımmüdafiəçisi Cud Bellinqam və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodriqo Hernandezdir.



Daşqın Həsənov
Missiya.Az



  • 25-10-2024, 13:01