AZ   |   RU
Bu ölkə də BRİCS-ə qoşulmaq niyyətindədir


İndoneziya BRİCS-ə üzv olmaq üzrədir.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin departament rəhbərinin Kazanda keçirilən BRİCS sammitində iştirakının yekunlarına dair bəyanatında deyilir.

Qeyd olunur ki, xarici işlər naziri Suqiono BRİCS Plus sammitində İndoneziyanın BRİCS-ə qoşulmaq arzusunu ifadə edib.

"BRİCS-ə qoşulmaq İndoneziyanın tərəflər seçməsi demək deyil. İndoneziya inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu gücləndirir və Qlobal Cənubda ərzaq təhlükəsizliyi, enerji dayanıqlığı və yoxsulluğun azaldılmasının gücləndirilməsinə sadiqdir", - deyə qeyd edilib.

Xarici İşlər Nazirliyi əlavə edib ki, BRİCS sammitində İndoneziya qlobal həmrəyliyin vacibliyini bir daha təsdiqləyib, Fələstin və Livanda atəşkəsə çağırıb.

Suqiono, habelə Qlobal Cənub ölkələri arasında əməkdaşlığın gücləndirilməsində və inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarının təşviqində BRICS-in roluna toxunub.

Əlavə edilib ki, İndoneziya müxtəlif forumlarda, o cümlədən G20 və G7-də fəal iştirak etməkdə davam edir.


Zərintac Mayisqızı
Missiya.Az




  • 25-10-2024, 12:32