AZ   |   RU
Saakaşvili ermənilərə müraciət etdi - “Ölkənizin mövcudluğu bundan asılıdır”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəsində yaşayan erməni vətəndaşlarına müraciət edib.


Missiya.Az xəbər verir ki, bu barədə siyasətçi özünün “Facebook” sosial media hesabında paylaşım edib.


“Əziz erməni soydaşlarım: Ümumi vətənimiz Gürcüstanın taleyi həll olunur. Müvəqqəti hakimiyyətdən qorxmayın, seçkiyə gedin və müxalifətə səs verin”, - deyə siyasətçi vurğulayıb.


Saakaşvili bildirib ki, qonşumuz Ermənistanın mövcudluğu, eləcə də Qafqazda sülhün taleyi Gürcüstanın Avropa yoluna qayıtmasından asılıdır.


O, əlavə edib ki, sizin vətənpərvərliyinizə və müdrikliyinizə arxalanıram.


Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 17:19