AZ   |   RU
Blinken Qətər Əmiri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.


Misiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.


Bildirilir ki, tərəflər girovların azad edilməsi və Qəzzada müharibənin dayandırılması üçün yenidən görülən səyləri müzakirə edib.


Qeyd edək ki, Blinken Yaxın Şərqdə səfərdədir və buradan da Londona yollanacaq.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 16:59