AZ   |   RU
Nazirin olduğu avtomobil qəzaya uğradı

 

Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaşın olduğu avtomobil qəzaya uğrayıb. 

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Nazir Göktaşın səhhətinin yaxşı olduğu və komandanın bəzi üzvlərinin yüngül xəsarət aldığı bildirilib.

Məlumata görə, nazir Göktaşın TUSAŞ şəhərciyində törədilən terror aktı nəticəsində yaralanan şəxsləri ziyarət etmək üçün Kahramankazandan Etlik Şəhər Xəstəxanasına getdiyi avtomobil Etimesgut rayonunda Eryamanın girişində qəza törədib.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 




  • Dünən, 16:47