AZ   |   RU
Pezeşkian: “Ermənistan İranın yaxşı dostu və qonşusudur”

 

Kazan şəhərində keçirilən BRİCS sammiti çərçivəsində İran prezidenti Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə ikitərəfli münasibətlərin genişləndirilməsi, eləcə də regional razılaşmalarla əlaqələrin inkişaf yollarını müzakirə edib.

Missiya.Az xəbər verir ki, bu barədə “İSNA” məlumat yayıb.

Görüşdə Məsud Pezeşkian bildirib ki, Ermənistan İranın yaxşı dostu və qonşusudur.

Nikol Paşinyan isə öz növbəsində Ermənistanın istənilən şəraitdə İranla uğurlu münasibətlərini genişləndirməyə davam edəcəyini və regional siyasətdə İrəvanın prioritetinin Tehranla qarşılıqlı əlaqələri inkişaf etdirmək olduğunu vurğulayıb.

Paşinyan qeyd edib ki, Ermənistan İran və bölgənin digər ölkələri ilə müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda ikitərəfli və regional iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdır.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • Dünən, 16:27