AZ   |   RU
Pakistanda terror əməliyyatı - 9 yaraqlı zərərsizləşdirilib


Pakistanın Bəcur bölgəsində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda 9 yaraqlı zərərsizləşdirilib.

Missiya.Az 
STAR-a istinadən xəbər verir ki, Pakistan Ordusu İctimaiyyətlə Əlaqələr Şöbəsinin açıqlamasında əyalətin Bəcur bölgəsində silahlı qruplara qarşı hərbi əməliyyat keçirildiyi bildirilib.

Əməliyyat zamanı külli miqdarda sursatın ələ keçirildiyi də bildirilib. Pakistan təhlükəsizlik qüvvələrinin ölkədəki terror təhlükəsini aradan qaldırmaqda qərarlı olduğu vurğulanıb.


Zərintac Mayisqızı
Missiya.Az




  • 24-10-2024, 15:26